“Kiyev istəməsə, ABŞ Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.
Onun sözlərinə görə, Ukrayna Krımı hərbi yolla geri qaytarıb-qaytarmayacağına da özü qərar verməlidir: “Ukraynalılar hərbi məqsədlərinin 23 fevral və ya 2014-cü il tarixindən etibarən sərhədlərə qayıtmaq olub-olmamasına qərar verəcəklər. Bu, son nəticədə onların qərarı olacaq. Krımın statusu yalnız Rusiya və Ukrayna arasında müzakirə oluna bilər”.
Koul qeyd edib ki, ABŞ-ın mövqeyi Kiyevin danışıqlara hazır olduqları zaman güclü mövqedən çıxış edə bilməsini təmin etməkdir.
Azpost.info