“Ukrayna məğlub olsa, növbədə Slovakiya olacaq” –Baş nazir

Slovakiyanın baş naziri Eduard Heqer hesab edir ki, Ukraynanın işğal ediləcəyi təqdirdə, Putinin növbəti hədəfi Slovakiya olacaq.

Azpost.info xəbər verir ki, baş nazir bu barədə Davosda keçirilən forumda bildirib. “Ukrayna uğursuzluğa düçar olarsa, növbəti hədəf Slovakiya olacaq. Ukrayna qalib gəlməlidir”, – Heqer deyib.

Heqer daha sonra Avropa İttifaqı üzvlərini Rusiya enerjisinə həddən artıq arxayın olduqlarına görə tənqid edib. O, liderləri öz prinsiplərini Rusiyaya güzəştə getməməyə çağırıb: “Biz uzun müddətdir öz dəyərlərimizi ucuz qaz və neftə dəyişirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. Təcavüzkar müharibə, ölən insanlar… Ukraynalılar dəyərlərimiz üçün qanlarını tökürlər”.

Azpost.info

Əvvəlki məqalə

Almaniya turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir –

Sonrakı məqalə

Prokurorluq Moldovanın eks-prezidentinin həbsinə icazə istəyib