“Ukrayna müharibədən sonra da Qərb silahları ilə təchiz olunacaq”- ŞOLTS

“Ukrayna hərbi münaqişə bitdikdən sonra da Qərb silahlarını almağa davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, münaqişə bitmədiyi üçün Qərb ölkələri hələlik Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etmirlər.

“Gələcəkdə təhlükəsizlik zəmanətləri haqqında danışmalıyıq. Bu zəmanətlərə Ukraynanı nə dərəcədə silahlandıracağımız daxildir. Ukrayna müharibədən sonra da Qərb istehsalı olan silahlarla təchiz olunacaq”, – kansler deyib.

Azpost.info

Əvvəlki məqalə

İşçi gecikən maaşa görə əlavə pulu necə ala bilər? –

Sonrakı məqalə

“Rusiya hələ uzun illər təhlükə olaraq qalacaq”