“Ukrayna mütləq NATO-ya üzv olacaq”- NATO Baş katibi

Ukrayna gələcəkdə mütləq NATO-ya üzv olacaq.

Azpost.info xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Avroatlantik ailə, NATO Ukraynanın layiq olduğu yerdir. Zaman keçdikcə bizim dəstəyimiz sayəsində bu məqsədə nail olunacaq”, – Baş katib Kiyevdə mətbuat konfransında deyib.

Stoltenberq həmçinin qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsi blokun Vilnüs sammitinin mövzularından biri olacaq: “Lakin hələlik NATO-nun əsas məqsədi Ukraynanın qalib gəlməsini təmin etmək olmalıdır. Çünki bu, onun gələcək üzvlüyü ilə bağlı təsirli müzakirənin yeganə yoludur”.

Stoltenberq Ukraynaya bu gün səhər gəlib. Onun səfəri əvvəlcədən elan olunmayıb. Bu, NATO Baş katibinin Rusiyanın işğalı başlayandan bəri Kiyevə ilk səfəridir.

Azpost.info

Əvvəlki məqalə

Sevastopolda 9 may paradı ləğv edilib

Sonrakı məqalə

Məşhur şirkətlə Beynəlxalq Bank arasında məhkəmə çəkişməsi