Ukrayna-NATO Şurası təcili iclas çağırıb- Nə müzakirə olunacaq?

Ukrayna-NATO Şurası iyulun 26-da keçiriləcək təcili iclasında Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını müzakirə edəcək.

Azpost.info xəbər verir ki, iclası NATO Baş katibi Ukrayna prezidenti Vladimir Zelenskinin istəyi ilə çağırıb.

Görüş səfirlər səviyyəsində keçiriləcək. Bu, iyulun 12-də NATO-nun Vilnüsdə keçirilən sammitində yaradılması barədə elan edilən Şuranın ilk iclası olacaq.

İyulun 17-də Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl sazişi başa çatdıqdan sonra Ukrayna taxılının Qara dənizdəki limanlardan ixracı dayandırılıb. Moskva Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası da daxil olmaqla, onun şərtləri yerinə yetirilməyənə qədər sazişə qayıtmayacağını bildirib.

Kiyev Rusiyanın iştirakı olmadan taxıl ixracını təmin etməyə hazır olduğunu bəyan edib. Ukrayna prezidenti Ankaraya və BMT-yə müvafiq təşəbbüslər göndərdiyini bildirib. Zelenskinin sözlərinə görə, BMT və Türkiyə qida dəhlizinin fəaliyyətini birgə təmin edə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Əməkdar artistin 126 min dollarını ələ keçirən Türkiyə vətəndaşı həbs edilib

Sonrakı məqalə

Netanyahu xəstəxanadan evə buraxılıb