“Ukrayna NATO üzvlüyünə layiqdir”- ƏRDOĞAN

“Ukrayna NATO üzvlüyünə layiqdir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ukrayna NATO üzvlüyünə layiqdir. Mən bir daha vurğulamaq istəyirəm ki, ədalətli sülhün başlanğıcından heç kim uduzmayacaq”, – o deyib.

Ərdoğan əlavə edib ki, Türkiyə Ukraynanın “ayağa qalxmasına” kömək edəcək.

Bundan başqa, Ərdoğan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib: “2014-cü ildə Krımın beynəlxalq hüquqa zidd ilhaqından bu günə qədər bütün platformalarda Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimizi bəyan edirik”.

Türkiyə prezidenti “taxıl sazişi”nin uzadılması üçün Rusiyaya təzyiq göstərəcəyini vəd edib.

Azpost.info

 

Əvvəlki məqalə

III ixtisas qrupu üzrə imtahanın düzgün cavabları açıqlanıb

Sonrakı məqalə

İaşə obyektlərində xidmət göstərən fiziki şəxslərə vergi tətbiq edilirmi?