Ukrayna ordusu əks-hücuma keçib- Rus hərbçiləri bəzi mövqelərini tərk ediblər

Ukrayna ordusu əks-hücuma keçərək Baxmutda rus hərbçilərini bəzi mövqelərini tərk etməyə məcbur edib.

Azpost.info xəbər verir ki, bu barədə “Military Media Center” Şərq Qüvvələr Qrupunun komandiri Aleksandr Sırskiyə istinadən yazıb.

“Qarşı tərəf irəli getmək üçün maksimum səy göstərir və heç nəyi nəzərə almır. Ciddi itkilərə baxmayaraq, yeni “Vaqner” hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri, paraşütçülər daim döyüşə atılır. Lakin şəhəri ala bilmirlər. Baxmut nəzarət altındadır. Vəziyyət kifayət qədər mürəkkəbdir. Eyni zamanda şəhərin bəzi hissələrində bölmələrimizin əks-hücumu ilə rus hərbçiləri bəzi mövqelərini tərk ediblər”.

Sırskinin sözlərinə görə, Baxmut istiqamətində intensiv döyüşlər davam edir, lakin düşmən hələ də Ukrayna mövqelərinin müdafiəsini yarıb keçə bilməyib: “Liman istiqamətində Ukrayna hərbçiləri son bir neçə gündə çoxsaylı hücumları dəf ediblər. Ruslar itki verib, 10 işğalçı əsir götürülüb”.

Azpost.info

Əvvəlki məqalə

Birjalarda neft ucuzlaşıb

Sonrakı məqalə

Azərbaycan və Türkiyə hökumətləri arasında Protokol imzalanıb