Ukrayna əks-hücum əməliyyatına başlayıb?- CNN aydınlıq gətirdi

Ukrayna Silahlı Qüvvələri əks-hücumdan əvvəl döyüş meydanını hazırlamaq üçün əməliyyatların formalaşdırılmasına başlayıb.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi CNN-ə bildirib.

Mənbənin sözlərinə görə, bu cür əməliyyatlara silah anbarlarına, komanda mərkəzlərinə, zirehli və artilleriya sistemlərinə zərbələr daxildir.

“Bu, böyük əməliyyatlardan əvvəl standart taktikadır. Beləliklə, məsələn, ötən yayın sonunda Ukrayna Silahlı Qüvvələri cənub və şimal-şərq istiqamətlərində hücuma keçməzdən əvvəl hava hücumlarının köməyi ilə döyüş meydanını formalaşdırdı”, – mənbə qeyd edib.

Rəsminin dediyinə görə, Ukraynanın planlaşdırılan hücumunun əsas hissəsi başlamazdan əvvəl hazırlıq əməliyyatları bir neçə gün davam edə bilər. Bundan başqa, Ukrayna ordusunun hazırlıq hərəkətləri düşməni çaşdırmağa hesablanıb.

Azpost.info

Əvvəlki məqalə

Neft Fondunun aktivləri 54 milyard dolları ötüb

Sonrakı məqalə

Sabah hava necə olacaq?