“Ukrayna qalib, Putin məğlub olmalıdır!” –Avropa Komissiyasının sədri

“Ukraynaya qarşı başlatdığı müharibə Rusiya prezidenti Vladimir Putin üçün strateji məğlubiyyət olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, Rusiya bütöv bir xalqın arzularını tanklarla boğmağa çalışır: “Bu, təkcə Avropanın təhlükəsizliyini deyil, bütün dünya nizamını sual altına qoyur. Ona görə də Rusiyanın təcavüzünə qarşı durmaq bütün beynəlxalq ictimaiyyətin vəzifəsidir. Ukrayna bu müharibədə qalib gəlməlidir və Putinin təcavüzü onun üçün strateji məğlubiyyət olmalıdır. Biz ukraynalılara kömək etmək üçün əlimizdən gələni edəcəyik”. Ursula fon der Lyaeyen Avropa İttifaqının tarixində ilk dəfə olaraq təcavüzə məruz qalan ölkəyə hərbi dəstək verdiyini və 6 milyona yaxın ukraynalı qaçqını dəstəklədiyini bildirib: “On milyard avroluq yardım paketi də Avropa İttifaqı tarixində görünməmiş bir paketdir”.

Azpost.info

Əvvəlki məqalə

“Mayın 24 günündən 17-si küləkli olub” –

Sonrakı məqalə

“Sabahın tarixi bu gün Ukraynanın döyüş meydanlarında yazılır” –