“Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə razı olmayacaq” –ZELENSKİ

“Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə razı olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, sadəcə kağız üzərində mövcud olan Minsk razılaşmalarını xatırladıb: “Biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. “Minsk-1”, “Minsk-2” olanda mən prezidentliyə gəlmişəm. Bunlar ciddi sənədlər deyildi. Kağız üzərində razılaşmalar vardı, dondurulmuş münaqişə idi. Mən bunun əleyhinəyəm, bizdə belə bir sənəd olmayacaq. Ukrayna bu diplomatik bataqlığa getməyəcək”.

Zelenski əlavə edib ki, Ukrayna Minsk razılaşmalarını pozmayıb və danışıqlar prosesindən geri çəkilməyib: “Biz “Minsk”i tərk etməmişik. Rusiya lideri fevralın 24-də oranı tərk etdi və hərbi əməliyyata başladı. Başqa məsələ ki, biz bunun bir müharibə, genişmiqyaslı işğal olduğunu başa düşürük”.

Azpost.info

Əvvəlki məqalə

Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə kimdir? –

Sonrakı məqalə

Vilayət Quliyev Bosniya və Herseqovinada səfir təyin edilib