Ukrayna silahlı qüvvələri Rusiya ordusunu “Azovstal” zavodundan geri oturdub.
Azpost.info bildirir ki, bu barədə Zelenskinin Ofisinin müşaviri Aleksey Arestoviç telemrafonun canlı efirində bəyan edib.
Onun sözlərinə görə, “Azovstal”da döyüşlər davam edir, Ukrayna hərbçiləri rəqibin üstün sayına baxmayaraq müqavimət göstərirlər. “Dünən axşam rus qoşunu “Azovstal”ın ərazisinə daxil olublar. Amma müdafiəçilərimiz tərəfindən geri oturdulub”-deyə Arestoviç vurğulayıb.