Ukrayna Rusiyadakı neft bazasını vurub

 Ukrayna silahlı qüvvələri Rusiyanın Belqorod vilayətində neft bazasını vurub.

Azpost.info bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

O bildirib ki, Belqoroddakı neft bazasında yanğın Rusiya hava məkanına alçaq hündürlükdə daxil olan iki Ukrayna helikopterinin zərbəsi nəticəsində baş verib.

“Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, – Qladkov yazıb.

Cümə günü səhər saatlarında Belqorod vilayətinin başçısı Belqorodda neft bazasında yanğın baş verdiyini bildirib. Onun sözlərinə görə, müəssisənin işçiləri olan iki nəfər xəsarət alıb.

Azpost.info

Əvvəlki məqalə

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

Sonrakı məqalə

“Yalnız Rusiyaya dost olan ölkələrə ərzaq verəcəyik” –