Ukrayna Rusiyanın 38 milyon dollarlıq aktivlərinə həbs qoyub

Ukrayna hökumətinin Rusiyanın 38 milyon dollar dəyərində aktivlərinə həbs qoyduğu ehtimal edilir.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın Aktivlərin İzlənməsi və İdarə Edilməsi üzrə Milli Agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, məhz bu məbləğlə Ukraynanın depozit portfeli son iki ayda artırılıb.

Bu vəsaitlərin Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə ayrıldığı da qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

” Ölkəmizə vurulmuş maddi ziyan hesablanır “

Sonrakı məqalə

Sabah hava necə olacaq?