Ukrayna prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına, o cümlədən fiqurlu konkisürən İlya Averbux və futbolçu İqor Akinfeyevə qarşı yeni sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc edilib.
Ümumilikdə Rusiyadan olan 80-dən çox idmançı Ukrayna sanksiyalarına məruz qalıb.
Kiyevin məhdudiyyətləri fiqurlu konkisürənlər İvan Bukin, Nikita Katsalapov, Dmitri Əliyev və Yelizaveta Tuktamışeva da şamil edilib. Onlardan başqa, xizəkçi Veronika Stepanova və gimnastlar Artur Dalaloyan və Svetlana Xorkina da sanksiyaya məruz qalıb.
Azpost.info