“Ukrayna savaşında Avropa İttifaqının gələcəyi həll olunur” –Avropa Komissiyasının rəhbəri

“Rusiya ilə Ukrayna arasında gedən müharibədə Avropa İttifaqının gələcəyi həll olunur”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O, Avropa Parlamentində bügünkü çıxışında bildirib ki, Aİ-nin daha güclü, böhranlara daha davamlı və öz vətəndaşlarına daha yaxın ola biləcəyi sualına cavab Ukraynada veriləcək: “Ukraynalılar öz gələcəyinin sahibi olmalıdırlar. Bu, hansısa xarici lider olmamalıdır. Onlar daha güclü olanın qanununu deyil, beynəlxalq hüququ rəhbər tutmalıdırlar. Putin isə qəddar aqressiyasına görə cavab verməlidir”.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı Rus Pravoslav Kilsəsinin rəhbəri Kirillə sanksiya tətbiq etdi

Sonrakı məqalə

Dövlətin pulu ilə alınmış dərmanlarla bağlı yoxlama aparılır