Ukrayna Sevastopola raket zərbələri endirib –Gəmi Zavodu yanıb, 24 yaralı var

Ukrayna ordusu Sevastopola raket zərbələri endirib.

Azpost.info bildirir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev məlumat verib.

Saat 3:20 radələrində başlanan raket hücumu nəticəsində Cənub körfəzində yanğın baş verib. Bu ərazidə gəmiqayırma və gəmi təmiri müəssisəsi olan “Sevmorzavod”, “Zvezdochka” Gəmi Təmir Mərkəzi” ASC-nin filial yerləşir. Cənub sahəsindən əlavə Rusiya Qara Dəniz Donanmasının gəmilərinə də xidmət göstərən ikinci “İnkerman”nın 53 hektarlıq sahəsi var.

Qubernator bildirib ki, raket hücumu Sevastopol Dəniz Zavodunun ərazisində yanğına səbəb olub: “İlkin məlumatlara görə, hücum nəticəsində 24 nəfər yaralanıb, 4 nəfərin vəziyyəti orta ağırdır”.

Mash teleqram kanalının məlumatına görə, Sevastopol sakinləri azı 7 partlayış səsi eşidiblər.

Eləcə də bu gecə, təqribən 2:45-dən 3:30-a kimi Krım körpüsü naməlum səbəbdənbağlanıb.

Şəhər rəhbərliyi sonuncu dəfə avqust ayında Sevastopolda hücumlar barədə məlumat vermişdi.

Azpost.info

Əvvəlki məqalə

Daha 123 nəfər Ağalı kəndinə köçürülüb

Sonrakı məqalə

Ermənistan NATO-ya üzvlük üçün müraciət edib? –