Ukrayna Severodonetsk şəhərinin Rusiyanın nəzarətinə keçməsini təkzib edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Severodonetsk şəhərinin Rusiya Ordusunun nəzarətinə keçməsini təkzib edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Rusiya qüvvələrinin artilleriya dəstəyi ilə Severodonetsk şəhərinə hücum etdiyi, döyüşlərin davam etdiyi bildirilir.

Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday da şəhərdə Ukrayna bayrağının dalğalandığını, Rusiya hərbçilərinin yalnız “Mir” mehmanxanası ərazisinə nəzarət etdiyini açıqlayıb. Sergey Qayday döyüşlərin əraf kəndlərdə və Severodonetskin girişində davam getdiyini bildirib.

Qeyd edək ki, dünən Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov artıq Severodonetsk şəhərinin nəzarətə götürüldüyünü bəyan etmişdi.

Əvvəlki məqalə

Bolqarıstan Prezidenti İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Bill Qeyts yeni pandemiyaya dair proqnozunu açıqlayıb