“Ukrayna suverenliyini və əhalisinin 53,7 faizini itirib”- VOLODİN

“Ukrayna 2014-cü ildən əhalisinin 53,7 faizini itirib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Teleqram” kanalında deyib.

Onun sözlərinə görə, 10,5 milyondan çox insan ölkəni tərk edib, daha 11,2 milyon nəfər Rusiya vətəndaşlığını qəbul edib və indiki münaqişə hər gün yüzlərlə insanın həyatına son qoyur.

“2014-cü ildən bəri Ukrayna əhalisinin 53,7 faizini itirib. Onun vətəndaşları Vaşinqton və Brüssel üçün xərclənir. Kiyev rejimi Ukraynanı tamamilə yoxa çıxarır”, – Volodin vurğulayıb.

Duma sədrinin fikrincə, Ukrayna suverenliyini, sənaye potensialını itirib və mövcudiyyətini total korrupsiya şəraitində davam etdirir.

Azpost.info

 

Əvvəlki məqalə

Elm üçün büdcədən ayrılacaq pulun məbləği açıqlanıb –

Sonrakı məqalə

Səhiyyə naziri apteklərdə bəzi dərmanların niyə yoxa çıxdığını açıqladı