“Ukrayna taxılı bazara çıxmasa, xeyli insan acından öləcək” –BAYDEN

ABŞ prezidenti Co Bayden Rusiyanı ABŞ-da qiymət artımına və qlobal ərzaq qıtlığına görə günahlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“ABŞ iki cəbhədə mübarizə aparır. Daxildə inflyasiya və qiymət artımı ilə mübarizə aparır, xaricdə ukraynalılara demokratiyanı müdafiə etməyə və bütün dünyada ac qalanları yedirtməyə kömək edirik. Çünki Rusiyanın vəhşilikləri mövcuddur… Amerikalı fermerlər isə başa düşürlər ki, Putinin müharibəsi kritik qida mənbələrini azaldıb”.

Onun sözlərinə görə, ABŞ amerikalı fermerlərə sərmayə qoymağa davam etməlidir. Çünki onlar iqtisadiyyatın onurğa sütunudur. Bayden yerli ərzaq istehsalının dəstəklənməsi və ABŞ-ın ərzaq qiymətlərinin aşağı salınması üçün tədbirlər görəcəyini açıqlayıb.

Bayden onu da bildirib ki, tonlarla Ukrayna taxılı bazara çıxmasa, Afrikada xeyli insan aclıqdan öləcək.

Azpost.info

Əvvəlki məqalə

“Siemens” şirkəti Rusiya bazarını tərk etdi

Sonrakı məqalə

Dil Komissiyası dublyaj sahəsində nöqsanları açıqlayıb