Ukrayna dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyəyə humanitar yardım göndərəcək.
Azpost.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabineti zəruri tədbirləri təmin etməlidir.
“Türkiyədə zəlzələ nəticəsində yaranmış fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədilə Ukraynanın “Humanitar yardım haqqında” qanununun 10-cu maddəsinə uyğun olaraq, Türkiyə vətəndaşlarına humanitar yardım göstərməyi qərara alıram”, – sənədin mətnində deyilir.
Azpost.info