“Ukrayna uğursuz əks-hücum əməliyyatı fonunda terrora əl atır”- ŞOYQU

“Ukrayna uğursuz əks-hücum əməliyyatı fonunda terror aktları həyata keçirməyə başlayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Kiyevin mülki infrastruktura hücumlarından sonra Rusiyanı qorumaq üçün əlavə tədbirlər görülür. Bu tədbirlər hava və dənizdən hücumlardan müdafiənin artırılmasına yönəlib.

“Mövcud vəziyyəti nəzərə alaraq, hava və dənizdən hücumlara qarşı mühafizənin artırılması üçün əlavə tədbirlər görülüb. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi obyektlərinə hücumların intensivliyini xeyli artırıb. Bu obyektlərin bəziləri Rusiya ərazisində terror aktlarının keçirilməsini təmin edib”, – Şoyqu deyib.

Azpost.info

Əvvəlki məqalə

Putin Türkiyəyə nə vaxt gedəcək?

Sonrakı məqalə

Surət Hüseynovun vəziyyəti necədir? –