Ukrayna üzrə Çin nümayəndə heyətinə Rusiyadakı keçmiş səfir başçılıq edəcək

Ukrayna böhranının həlli üzrə Çin nümayəndə heyətinə Çinin Rusiyadakı keçmiş səfiri Li Huey başçılıq edəcək.

Azpost.info xəbər verir ki, bunu xüsusi brifinqdə Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Yu Jun deyib.

Çin lideri Si Cinpin bu gün bildirib ki, Pekin Ukrayna böhranının siyasi həlli ilə bağlı məsləhətləşmələr üçün öz nümayəndəsini göndərəcək.

“Çin Ukrayna böhranının siyasi həlli ilə bağlı bütün tərəflərlə ətraflı məsləhətləşmələr aparmaq üçün Ukraynaya və digər ölkələrə Avrasiya məsələləri üzrə hökumətin xüsusi nümayəndəsini göndərəcək”, – Çin lideri qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Günahkar axtarmaq yox, müharibəni dayandırmaq lazımdır”

Sonrakı məqalə

Patriarx Kiril Çexiyanın milli sanksiyalar siyahısına daxil edildi