“Ukrayna üzrə danışıqlara başlamaq vaxtı hələ çatmayıb”- ŞOLTS

“Ukrayna üzrə danışıqlara başlamaq vaxtı hələ çatmayıb”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ZDF telekanalına müsahibəsində deyib.

Kanslerin sözlərinə görə, Rusiya tərəfi hələ də danışıqlar prosesinin yalnız bir formasını qəbul edir. Bu forma Ukraynanın qeyd-şərtsiz təslim olmasını nəzərdə tutur.

“Sülh perspektivini açan məqam hələ gəlməyib”, – Şolts qeyd edib.

O vurğulayıb ki, məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putinlə təkrar-təkrar danışmaq niyyətindədir.

Azpost.info

Əvvəlki məqalə

Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib

Sonrakı məqalə

Sayğacların üzərinə “ödənişsizdir” etiketi vurulacaq