Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda görüşüb.
XİN başçıları Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
“Türkiyənin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi tamdır”- deyə Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
O, Kulebanı ötən gün Moskvada Rusiya XİN başçısı Lavrovla apardığı danışıqlar barədə məlumatlandırdığını vurğulayıb.