Ukrayna və ABŞ müdafiə nazirləri görüşüb

Ukrayna müdafiə naziri Aleksey Reznikov amerikalı həmkarı Lloyd Ostinlə görüşüb.

Bu barədə “Unian“ bildirib.

Onların görüşü “Ramşteyn” formatında təmas qrupunun (Ukrayna üzrə qrup) iclasından öncə baş tutub.

Təmas qrupunun bu gün keçiriləcək iclasının gündəmində Ukraynada hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi aviasiyanın gücləndirilməsi məsələləri olacaq.

Əvvəlki məqalə

Bakıda mənzildən çürümüş meyit tapılıb

Sonrakı məqalə

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı