Ukrayna və ABŞ Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə edir

Kiyev Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maliyyə yardımı üçün istifadəsinə dair ABŞ-la danışıqlar aparır.

Ukraynanın Baş naziri Denis Şmiqal CBS telekanalına müsahibəsində danışıb.

O, belə aktivlərdən istifadə mexanizminin işlənib hazırlanmasını “beynəlxalq məqsəd” adlandırıb:

“Biz ABŞ və bütün tərəfdaşlarımızla belə danışıqlar aparırıq. Bu, çox mühüm beynəlxalq məsələ və məqsəddir, bu dondurulmuş aktivləri əldə etmək və Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün bir həll tapmaq bütün sivil dünya üçün beynəlxalq məqsəddir”.

O əlavə edib ki, Ukrayna hakimiyyəti hazırda zərərləri nəzərdən keçirir və bütövlükdə ölkə iqtisadiyyatına dəyən ziyanı hesablayır: “Bütün bunlar Rusiya tərəfindən ödənilməlidir”. Onun sözlərinə görə, hazırda Ukraynanın ayda 4-5 milyard dollara ehtiyacı var və rəsmi Kiyev Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və “G20” ilə danışıqlar aparır:

“Söhbət, ilk növbədə, sayı təxminən 7 milyon nəfər olan Ukraynadakı köçkünlərə humanitar yardımdan gedir”.

Əvvəlki məqalə

“Putin məğlub olmayana qədər sakitləşməyəcəyik”-

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı neft embarqosunu müzakirə edir