“Ukrayna zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Tviter” hesabında bildirib.
Zelenski həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
“Bu çətin zamanda Türkiyə xalqını dəstəkləyirik. Biz təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, – Ukrayna prezidenti qeyd edib.
Azpost.info