“Ukrayna zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazırdır”- ZELENSKİ

“Ukrayna zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Tviter” hesabında bildirib.

Zelenski həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

“Bu çətin zamanda Türkiyə xalqını dəstəkləyirik. Biz təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, – Ukrayna prezidenti qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqının xilasedici komandası Türkiyəyə yola düşüb

Sonrakı məqalə

“Yaxın iki həftədə Türkiyədə 6 bal gücündə yeni zəlzələlər olacaq” –