“Ukraynada əməliyyat diplomatik yolla bitəcək” –Kremlin sözçüsü

“Ukraynada əməliyyat diplomatik yolla başa çata bilər. Bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmasından asılıdır”.
Azpost.info bildirir ki, bu sözləri prezident Putinin mətbuat katibi Dmitri Peskov  Sky News telekanalına müsahibəsində deyib.
“Biz ümid edirik ki, yaxın günlərdə, yaxın gələcəkdə bu əməliyyat öz məqsədinə çatacaq, yaxud rus və ukraynalı nümayəndə heyəti arasında danışıqlar yolu ilə bitəcək”- deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya hərbçiləri əməliyyatın yekunlaşması üçün bütün mümkün olanı edirlər.
Əvvəlki məqalə

Neftçalanın icra başçısı suvarma problemi ilə bağlı sakinlərlə görüşüb

Sonrakı məqalə

Rusiyada Nobel mükafatçısı olan baş redaktora hucum olub –