Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

Mayın 7-də Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

Bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Telegram”-da paylaşımında bildirib.

Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.

Əvvəlki məqalə

İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 110 mini ötüb

Sonrakı məqalə

Bakıda uçqun baş verən binadan 4 nəfər təxliyə olunub – VİDEO