Ukraynada azərbaycanlı biznesmen Vaqif Əliyev saxlanılıb

Ukrayna xüsusi Xidməti Zakarpatye vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb. 

Azpost.info bildirir ki, bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dubinskiyə istinadən məlumat yayıb.

“”Alfa” qrupu Zakarpatyedə biznesmen Vaqif Əliyevə saxlayıb. Səbəblər məlum deyil”-deyə məlumatda deyilir.

Mənbə deyib ki, Vaqif Əliyev oliqarx Firtaşın və müxalifətçi “Həyat Uğrunda” partiyasının deputatı Vadim Stolyarın tərəfdaşıdır. Təsdiq olunmamış məlumata görə, V. Əliyev Rusiya vətəndaşlığı olan pasporta malikdir.

Vaqif Əliyev məşhur biznesmendir. O, KAN holdiniqinin təsisçisi, bir neçə ticarət mərkəzi və yaşayış komplekslərinin sahibidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski Ukrayna Ordusunun 1300 hərbçisini itirdiyini açıqlayıb

Sonrakı məqalə

Putinin Şolts və Makronla söhbətinin nəticələri məlum olub