“Ukraynada döyüşlər danışıqlar yolu ilə başa çatacaq”- Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri

“Ukraynada döyüşlər danışıqlar yolu ilə başa çatacaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Devid Petreus deyib.

Petreus Almaniyanın “Tagesspiegel” qəzetinə müsahibəsində ABŞ və Avropa ölkələrinin Ukrayna böhranına son qoymaq planlarından danışıb.

Onun sözlərinə görə, nə Rusiya prezidenti Vladimir Putin, nə də Ukrayna lideri Vladimir Zelenski hazırda danışıqlara başlamağa hazırdır.

“Vaxt yetişəndə ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrin liderləri Moskva və Kiyevlə birlikdə həll yolu yaratmaq və həyata keçirmək üçün çalışacaqlar”, – Petreus qeyd edib.

General əlavə edib ki, Qərb Ukraynaya həm hərbi, həm də maliyyə dəstəyini davam etdirəcək, Rusiyanı isə davamlı iqtisadi təzyiqlərlə üz-üzə qoyacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Ötən ay dövlət sərhədini pоzan 20 əcnəbi vətəndaş saxlanılıb

Sonrakı məqalə

Beyin üçün çiplər istehsal olundu