Ukraynada döyüşlər dayandırıldı:

ölənlər və yaralananlar var
18 Fevral 2020 - 13:11

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.  

“Report” xəbər verir ki, Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib.

Məlumata görə, separatçılardan isə nəfər ölüb, 5-i də ağır yaralanıb.

Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.