“Ukraynada hərbi əməliyyatlar dayandırılmalıdır, həddindən artıq çox şey təhlükə altındadır”.
Azpost.info xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo G20 sammitində yekun işçi sessiyanın açılışı zamanı deyib.
Hərbi əməliyyatların dayandırılması çağırışı ingilis dilində, Vidodonun nitqinin qalan hissəsi isə İndoneziya dilində olub.
Rəqəmsal transformasiyaya həsr olunmuş yekun işçi sessiyası Polşada baş vermiş insidentlə bağlı noyabrın 16-da səhər saatlarında G7 liderlərinin və NATO ölkələrinin görüşünə görə bir qədər gec başlayıb.
Azpost.info