Ukraynada ilk prezident Kravçukla vida mərasimi keçirilib –Zelenski və sabiq dövlət başçıları iştirak edib (FOTO)

Kiyevdə “Ukrayna evi”ndə  Ukraynanın ilk prezidenti Leonid Kravçukla vida mərasimi keçirilib.

Azpost.info bildirir ki, Prezidet Zelenski və xanımı vida mərasimində iştirak edib.

Zelenski Kravçukla bağlı yazdığı vida mətnində ilk prezidenti “ağıllı məsləhət üçün müraciət edə biləcəyimiz adam” adlandırıb.

Vida mərasiminə Ukraynanın sabiq prezidentləri Kuçma, Yuşşenko və Poroşenko qatılıb.

Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra mayın 10-da 88 yaşında vəfat edib.

Kravçuk Baykov qəbristanlığında dəfn edilib. Onun məzarı Kiyevin sabiq meri Aleksandr Omelçenko ilə yanaşı olacaq.

 

Əvvəlki məqalə

İƏT PA-ya sədrlik Azərbaycana keçib

Sonrakı məqalə

“Xüsusi əməliyyat Qərbin Putini devirmək planını alt-üst etdi” –