“Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın məqsədləri tamamilə başadüşülən və nəcibdir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda deyib. Putin izah edib ki, söhbət Donetsk və Luqansk “Xalq Respublikalarının” sakinlərinə yardımdan gedir.
O, həmçinin qeyd edib ki, qoyulan hədəflərərə mütləq çatacaqlar: “Şübhə yoxdur ki, Ukraynadakı əməliyyatın hədəf və vəzifələri yerinə yetiriləcək”.
Putin həmçinin bildirib ki, Ukraynadakı rus qoşunları cəsarətli, bacarıqlı, səmərəli və effektiv hərəkət edir. Azpost.info