Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib.
Bu barədə Ukraynanın Ədliyyə naziri Denis Malyuska yerli mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Ədliyyə Nazirliyi 7 il davam edən prosedurlardan sonra ötən həftə Kommunist Partiyasının fəaliyyətinin ölkədə qadağan edilməsi ilə bağlı məhkəmə qərarını qəbul edib.
Nazir kommunist ideologiyasının və simvolikasının qadağan edilməsi ilə bağlı qanunun 2015-ci ildə qəbul edildiyini, lakin Kommunist Partiyasının qadağan edilməsinin sürətlə aparılmadığını vurğulayıb.
“Yalnız öz ötən həftə biz məhkəmə qərarını, Kommunist Partiyasının Ukraynada qadağan edilməsi ilə bağlı appelyasiya qərarını qəbul etmişik. Baxmayaraq ki, 2015-ci ildən artıq 7 illik hüquqi qiymətləndirilmə dövrü keçib”, – deyə Malyuska “Ukraine 24” telekanalının efirində deyib.
Nazir vurğulayıb ki, Ukraynadakı “Rusiyayönümlü partiyalar”ın qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik bu sahədə prosedurların sürətlə aparılmasına imkan verir. Əlavə edib ki, bu partiyaların qadağan edilməsi üçün sadəcə 2 ay kifayət edəcək. Belə ki, məhkəmə prosesi bir ay, daha bir ay isə appelyasiya prosesi çəkəcək.