Ukraynada müharibəyə nə son qoya bilər? –Almaniya kansleri açıqladı

“Müharibənin diplomatik yolla həlli yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasından sonra mümkün olacaq”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə bugünkü telefon söhbətində deyib.

Liderlərin söhbətinin təfərrüatlarını Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt açıqlayıb.

“Kansler və Ukrayna prezidenti Ukraynadakı hazırkı hərbi və humanitar vəziyyətlə bağlı məlumat mübadiləsi aparıblar. Onlar razılaşıblar ki, Ukrayna və Rusiya arasında diplomatik danışıqlar yolu ilə həll Rusiya tərəfindən hərbi əməliyyatlara dərhal son qoyulmasını və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edir”, – o deyib.

“Olaf Şoltsla məhsuldar danışıqlar apardıq. Cəbhədəki vəziyyəti, Rusiyaya davamlı təzyiqləri, sərt sanksiyaları, sülhə nail olmaq perspektivlərini müzakirə etdik. Biz Almaniyanın dəstəyini yüksək qiymətləndiririk. Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı yolunda da Almaniyanın dəstəyinə arxayınıq”, – Zelenski “Tvitter”də yazıb.

Azpost.info

Əvvəlki məqalə

“Xüsusi əməliyyat Qərbin Putini devirmək planını alt-üst etdi” –

Sonrakı məqalə

“Rusiyanın 300 milyardını Ukraynaya vermək oğurluqdur” –