Ukraynada nazir və prezidentin müşaviri koronavirusa yoluxdu

Ukraynanın Prezident Administrasiyasında COVID-19 virusu yayılıb.

“Report” “Strana.ua”ya istinadən xəbər verir ki, yoluxanlar arasında prezidentin müşaviri Ruslan Demçenko, müvəqqəti işğal olunmuş ərazilər və daxili köçürülənlər naziri Oleksiy Reznikov da var.

Bu günlərdə hər ikisi Parisdə Fransa prezidentinin xarici siyasət müşaviri Emanuel Bonn ilə danışıqlar aparıblar.

Qeyd edək ki, ötən gün Ukrayna prezidentinin xanımı Yelena Zelenskayanın da koronavirusa yoluxduğu üzə çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrədə “gələcəyin maskası” hazırlanır

Sonrakı məqalə

Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələndi