Ukrayna xüsusi xidmət orqanları “Müxalifət platorması – həyat üçün” Partiyasının siyasi şurasının sədri Viktor Medvedçuku saxlayıb.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Teleqram kanalında məlumat yayılıb.
“Xüsusi əməliyyat keçirilib. Afərin. Detallar az sonra” – deyə Zelenski qeyd edib.
Fotoda Medvedçuk hərbi formada və qandallı olub.
Kreml bununla bağlı münasibətini açıqlayıb.
“Ukraynalı siyasətçi Viktor Medvedçukun həbsinə dair kadrların həqiqiliyini söyləmək hələ tezdir”-deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin sözçüsü bildirib ki, kadarlardan xəbərdardır, lakin onların həqiqətə uyğun olub-olmadığını indidən söyləyə bilməz.
Qeyd edək ki, Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin uşaqlarının xaç atasıdır.