Ukraynada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agenti saxlanılıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. “O, əvvəllər FTX üçün Belarus lideri Lukaşenko və onun oğulları, həmçinin Belarus təhlükəsizlik qüvvələri və müxalifət partiyaları haqqında informasiyalar toplayırmış”, – məlumatda deyilir.
Rusiya xüsusi xidmət orqanları onu Ukraynaya aşağıdakı məqsədlər üçün “atıblar”: İkili təyinatlı mikrobioloji laboratoriyaların axtarışı; Ukraynadakı ictimai-siyasi vəziyyət haqqında məlumat toplamaq; Təcavüzkarın xeyrinə olan informasiya əməliyyatları aparmaq.
“Gelen” psevdonimli agentin kuratoru FTX zabiti Aleksandr Vladimiroviç Şipulin olub. Ukrayna kəşfiyyatı onun Moskva koordinatorunu da üzə çıxarıb. Bu, FTX-nin Operativ İnformasiya Departamentinin 5-ci xidmətinin zabiti Xrustalyov Sergey Nikolayeviçdir.
Azpost.info