“Ukraynadakı müharibə nüvə zərbəsi ilə çox tez başa çata bilər”- MEDVEDEV

“Müharibə sülh müqaviləsi və ya nüvə zərbəsi ilə çox tez başa çata bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Ümumiyyətlə, istənilən müharibə, hətta dünya müharibəsi də çox tez başa çata bilər. Ya sülh müqaviləsi imzalansa, ya da amerikalıların 1945-ci ildə etdiklərini etsəniz”, – Medvedev deyib.

Onun sözlərinə görə, ABŞ və digər NATO ölkələri Kiyevə silah verməsəydilər, Rusiyanın Ukraynaya müdaxiləsi bir neçə aya başa çata bilərdi.

“Financial Times”ın Qərb və Çin rəsmilərinə istinadən verdiyi məlumata görə, Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı şəxsən xəbərdarlıq edib. O, bu mesajını bu ilin martında Moskvaya səfəri zamanı çatdırıb.

Azpost.info

Əvvəlki məqalə

Nazim Bəydəmirli 4 aylıq həbs edildi

Sonrakı məqalə

TASS-ın baş direktoru istefaya göndərildi