“Ukraynadakı müharibə qlobal problemdir”.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu təkcə Avropanın problemi kimi qəbul edilməməlidir. “Rusiyanın bu hücumu beynəlxalq nizamın, ərazi bütövlüyünün və suverenliyinin fundamental prinsiplərinin vacibliyini göstərir. Beynəlxalq hüquq, insan hüquqları dünyanın harasında pozulmasından asılı olmayaraq qorunmalıdır”, – ABŞ lideri bildirib.
Azpost.info