“Ukraynadakı müharibə ərzaq təchizatını məhv edib” –BMT baş katibi

“Ukraynadakı müharibə ərzaq təchizatını məhv edib, inkişaf etməkdə olan ölkələrin enerji və maliyyə sistemlərini sıradan çıxarıb”.

Azpost.info xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.

“Kənd təsərrüfatı istehsalçısı Ukrayna, eləcə də ərzaq, gübrə istehsalçıları Rusiya və Belarus dünya bazarına qaytarılmadıqca, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemin real həlli mümkün deyil”, – Quterreş deyib.

O əlavə edib ki, o, bu mövzuda dialoqu təşviq etməkdə qərarlıdır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Rusiya ordusu “Azovstal”dan geri oturdulub” –