“Ukraynadakı münaqişə yaxın aylarda daha da genişlənəcək”– NATO Baş katibinin müavini

“Ukraynadakı münaqişə yaxın aylarda daha da genişlənəcək”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coane bildirib.

“Biz görürük ki, Rusiya artıq hücuma başlayır. Hələ ki, çox kütləvi xarakter daşımır, lakin açıq şəkildə hazırlaşır. Aydındır ki, yaxın aylarda münaqişə daha da genişlənəcək və gərginləşəcək. Başa düşürük ki, qarşıdan gələn dövr çox gərgin keçəcək. Çoxlu döyüş sursatı istehlak ediləcək. Hesab edirəm ki, Ukraynaya ehtiyac duyduğu ağır tanklar tədarük edilməlidir. Biz həm Ukrayna üçün, həm də öz ehtiyaclarımız üçün istehsalı artırmalıyıq”, – Coane əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Gəlin, Putinlə oturun, məsələni həll edək”

Sonrakı məqalə

Ərdoğan NATO Baş katibini qəbul etdi