Ukraynadakı Rusiya səfirliyi ilə bağlı müvafiq tədbir görüləcək –PESKOV

Rusiya Ukraynanın Moskvadakı səfirliyi ilə bağlı müvafiq tədbirlər görəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Putinin sözçüsü Kiyevin Rusiya səfirliyi ilə icarə müqaviləsini ləğv etməsinə Rusiyanın mümkün cavabı barədə danışarkən qeyd edib ki, Ukraynanın diplomatik missiyasının tərkibində torpaq var və bununla bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Kiyev şəhər şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.

Əvvəlki məqalə

Məhkəmə xaricdən “İPhone” gətirən idmançılarımızla bağlı qərar verdi

Sonrakı məqalə

Oğrular bir konteyner dolu qızılı anbardan oğurladılar