“Ukraynadakı xüsusi əməliyyat Rusiyanın müqəddəs mübarizəsidir”- Kim Çen In

“Ukraynadakı xüsusi əməliyyat Rusiyanın dövlət suverenliyini qorumaq uğrunda müqəddəs mübarizədir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyada səfərdə olan Şimali Koreya lideri Kim Çen In “Vostoçnı” kosmodromunda prezident Vladimir Putinlə danışıqlar deyib.

Kim bildirib ki, ölkəsi imperializmlə mübarizədə həmişə Rusiyanın yanında olacaq.

“İndi Rusiya öz milli suverenliyini müdafiə etmək və ona qarşı çıxan hegemon qüvvələrə qarşı öz təhlükəsizliyini qorumaq üçün ayağa qalxıb. Şimali Koreya həmişə prezident Vladimir Putinin və Rusiya hökumətinin bütün qərarlarını dəstəkləyib və dəstəkləyir”, – Kim Çen In qeyd edib.

Kim Çen Inın sözlərinə görə, Pxenyan Moskva ilə münasibətləri inkişaf etdirmək istəyir: Ümid edirəm ki, biz imperializmə qarşı mübarizədə və suveren dövlət quruculuğunda həmişə bir yerdə olacağıq. Əminəm ki, bugünkü görüş münasibətləri yeni səviyyəyə qaldırmağa kömək edəcək”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ sülh razılaşması üçün Ermənistan və Azərbaycanla çalışacaq

Sonrakı məqalə

“Rusiyanın şöhrəti heç vaxt sönməyəcək”