Ukraynadan Rusiya ərazisinə müdaxilə etmiş hərbi dəstə məhv edilib –AÇIQLAMA

Ukrayna ərazisindən Rusiyanın Belqorod vilayətinə daxil olmuş hərbi dəstə darmadağın edilib. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirib: “Anti-terror əməliyyatı nəticəsində aviasiya zərbələri, artilleriya atəşi ilə millətçi hərbi dəstələr dağıdılıb”.

Nazirlik deyib ki, hərbi dəstə Rusiya ərazisindən kənara geri oturdulub. Bundan sonra tam məhv olunması üçün atəş davam edib.  Nəticədə 70 dəstə üzvü, 4 zirehli maşın və 5 pikap məhv edilib.

Açıqlamada deyilir ki, hərbi qrup Belqorod vilayətinin ərazisinə 22 may tarixində “Kozinka” beynəlxalq buraxılış məntəqəsindən daxil olub.

Azpost.info

 

Əvvəlki məqalə

Naxçıvan Dövlət Miqrasiya Xidməti ləğv edilib

Sonrakı məqalə

Avropa Parlamentində “qızıl viza” qalmaqalı