Ukraynadan Rusiyaya daxil olmuş hərbi dəstələrə qarşı xüsusi əməliyyat davam edir

Rusiya ərazisinə daxil olmuş “Azad Rusiya” legionun hərbi dəstələrinə qarşı Belqorod vilayətinin Qraivoronski rayonunda təmizləmə əməliyyatı davam edir.

Azpost.info bildirir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

“Müdafiə Nazirliyi hüquq-mühafizə orqanları ilə birgə ərazinin təmizlənməsi davam edir”-deyə qubernator müvəqqəti olaraq evlərini tərk edən Qraivoronski rayonunun sakinlərinə müraciət edərək onları hələ evlərinə qayıtmamağa çağırıb.

Bundan əlavə, qubernator  düşmənin girdiyi yaşayış məntəqələrində iki yaralı mülki vətəndaşın ola biləcəyini qeyd edib. “Hələlik təhlükəsizlik qüvvələri onları  tapa bilməyib. Ümid edirəm ki, biz onları mümkün qədər tez təxliyə edə və tibb müəssisəsinə çatdıra biləcəyik”, – deyə Qladkov əlavə edib.

O, əhali arasında ölüm hallarının olmadığını vurğulayıb. Rayon rəhbəri xüsusi zonanın nə vaxt təhlükəsiz olacağı ilə bağlı dərhal məlumat verəcəyini də vəd edib.

Bazar ertəsi özünü “Azad Rusiya Legionu” elan edən silahlı qrupıaşma Ukrayna ərazisindən Qrayvoronski rayonu ərazisinə girdiyi barədə məlumat yayılıb.  Bölgədə antiterror əməliyyatı rejimi tətbiq edilib. Ukrayna rəsmi olaraq bu qruplaşmanın onlara aid olmadığını bəyan edib.

 

Azpost.info

Əvvəlki məqalə

“Prezident seçilsəm yeni Konstitusiya hazırlayacağıq” –

Sonrakı məqalə

Bakıda “Prius” mopedlə toqquşdu, 20 yaşlı oğlan öldü