“Ukraynalı diversantları siçovullar kimi məhv etmək lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun fikrincə, diversantlar əsir belə, götürülməməlidir. “Bu alçaqları müxtəlif şəkildə xarakterizə edə bilərsiniz. Onları siçovullar kimi məhv etmək və hətta əsir belə, götürməmək lazımdır”, – Medvedev bildirib.
O, həmçinin qeyd edib ki, Kiyevin Rusiyada diversantların hücumlarında iştirak etməməsi ilə bağlı iddiaları tamamilə yalandır.
Medvedevin fikrincə, Kiyev rejiminin himayədarları – ABŞ, Aİ və Britaniya bu cür hərəkətlərə görə məsuliyyət daşıyırlar.
Mayın 22-də diversantlar Belqorod vilayətinə hücum ediblər. Hadisədən sonra İstintaq Komitəsi terror aktı da daxil olmaqla, Rusiya Cinayət Məcəlləsinin 6 maddəsi üzrə cinayət işi başladıb.
Azpost.info